Dubayda ötən il sosial şəbəkələrdə saxta mallar satan 13 mindən çox hesab bağlanılıb


Digərləri 06 Mar 2019 23:09:00 244 0

Dubayda ötən il sosial şəbəkələrdə saxta mallar satan 13 mindən çox hesab bağlanılıb

Əmtəə nişanları və elektron ticarətinin təhlükəsizliyini təmin etmək məqsədilə, habelə rəqabətqabiliyyətlilik və biznesin dayanıqlı inkişafını yüksəltmək strategiyasına uyğun olaraq, 2018-ci ildə Dubayda sosial şəbəkələrdə 13498 hesabı bağlayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Dubayın İqtisadi Inkişaf Nazirliyinin kommersiya normalarına əməl olunması və istehlakçıların hüquqlarının qorunması şöbəsi 77,9 milyon abunəçisinin olduğu və saxta malların satışı ilə məşğul olan hesabların bağlanması barədə qərar qəbul edib. Bağlanan hesabların böyük əksəriyyəti - 13 529-u "Instagram", 419-u isə "Facebook" sosial şəbəkələrindədir. Əmtəə nişanlarının sahibləri ilə əməkdaşlıq və gündəlik müşahidə sayəsində, həmçinin hüquq firmaları ilə birlikdə saxta mallar satışını həyata keçirən 45 sayt aşkar edilib.