Çəkinin azaldılması üçün universal məhsul


Digərləri 06 Mar 2019 22:59:00 190 0

Çəkinin azaldılması üçün universal məhsul

İllinoys Texnologiya İnstitutunun əməkdaşları bu giləmeyvənin faydalı olmasına çəkinin azaldılması və diabet xəstələrində qanda şəkərin miqdarına nəzarət nöqteyi-nəzərindən diqqət yetiriblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, moruq qanda qlükozanın miqdarını aşağı salır və insulin ifrazını nizamlayır. Əgər hər gün moruqdan istifadə olunarsa, o zaman çəkinin real şəkildə azalmasını müşahidə etmək mümkündür.

Moruğun müsbət təsiri artıq çəkidən əziyyət çəkən könüllülər qrupu üzərində sınaqdan keçirilib. Belə ki, onlar iki altqrupa bölünüb: birinci qrupdakılar ikinci tip diabet xəstələri, digərləri isə diabet riski qrupuna aid olanlar idi. Təcrübələrdə, həmçinin sağlam nəzarət qrupu da iştirak edib. Könüllülərə dondurulmuş moruqdan istifadə etməklə müxtəlif miqdarda - bir fincan, iki fincan və ya moruqsuz səhər yeməyi verilib.