Ölkədə 900dən çox şəxsə elektron qolbaq tətbiq edilir FOTO


Digərləri 06 Mar 2019 22:04:00 239 0

Ölkədə 900dən çox şəxsə elektron qolbaq tətbiq edilir  FOTO

Ədliyyə Nazirliyinin və Mətbuat Şurasının ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılması və əhalinin hüquqi biliklərinin artırılması ilə bağlı birgə layihəsinə start verilərək media nümayəndələrinin iştirakı ilə nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə silsilə tədbirlər, mətbuat konfransları və brifinqlər keçirilir.

Nazirliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, martın 6-da nazirliyin icra, probasiya, istintaq və cəzaların icrasına nəzarət üzrə müfəttişliyin fəaliyyətinə və yeniliklərə həsr olunmuş brifinq keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyinin aidiyyəti qurumlarının və Mətbuat Şurasının rəhbərliyi və əməkdaşları, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri, çoxsaylı kütləvi informasiya vasitələrinin rəhbərləri, jurnalistlər iştirak ediblər.

Tədbirin açılışında Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova və Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli çıxış edərək bildiriblər ki, brifinqin keçirilməsində məqsəd Ədliyyə Nazirliyi ilə media orqanları arasında əməkdaşlıq əlaqələrini genişləndirmək, onların nazirliyin maarifləndirmə işlərində, ədliyyə fəaliyyəti barədə əhalinin mütəmadi və daha geniş şəkildə məlumatlandırılmasında iştirakını yaxından təmin etməkdir.

Eyni zamanda, Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, vəzifələri, bu sahədə həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verilib, nazirliyin fəaliyyətinin hər zaman şəffaflıq və aşkarlıq prinsipləri əsasında qurulduğu, kütləvi informasiya vasitələri ilə əməkdaşlığa xüsusi önəm verildiyi vurğulanıb. Bildirilib ki, belə tədbirlər mütəmadi xarakter daşımaqla nazirliyin bütün fəaliyyət istiqamətlərini əhatə edəcəkdir.

Sonra İcra baş idarəsinin rəisi - baş icra məmuru Nurəddin Mustafayev, Probasiya xidmətinin rəisi - baş probasiya məmuru Akşin Ziyadov, İstintaq idarəsinin rəisi Zakir Qafarov və Cəzaların icrasına nəzarət üzrə Müfəttişliyin rəisi Malik Ələkbərov çıxış edərək bu sahələrdə fəaliyyətin təşkili, həyata keçirilən tədbirlər və müvafiq statistik göstəriciləri diqqətə çatdırıblar.

Bildirilib ki, Ədliyyə Nazirliyinin mühüm fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icrası sahəsində də iş həcmi ilbəil artıb. 2018-ci ildə 900 minə yaxın icra işi olub, onlardan 60.5 faizinin icrası təmin edilib. Həmçinin, görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə 1.1 milyard manatdan çox vəsait ödətdirilib.


Xəbərə aid foto