“Royalbank”ın keçmiş əməkdaşının məhkəməsində şahid: Şirkətlər bölüşdürülmüşdü


Digərləri 06 Mar 2019 21:00:00 179 0

“Royalbank”ın keçmiş əməkdaşının məhkəməsində şahid: Şirkətlər bölüşdürülmüşdü

“Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclasında şahid qismində ifadə verən Lamiyə Soltanova 2008-2015-ci illərdə Beynəlxalq Bankın Nəqliyyat filialında əməliyyatçı vəzifəsində işlədiyini və hazırda da həmin bankda çalışdığını deyib.