Meşələrdən 14,5 ton qoz, 3,1 ton şabalıd toxumu yığılıb


Digərləri 06 Mar 2019 19:29:04 288 0

Meşələrdən 14,5 ton qoz, 3,1 ton şabalıd toxumu yığılıb

2018-ci ildə meşələrdən 14,5 ton qoz, 3,1 ton şabalıd toxumu yığılıb.

Bakı. Elçin Mehdiyev - 2018-ci ildə meşələrdən 14,5 ton qoz, 3,1 ton şabalıd toxumu yığılıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən tarlaqoruyucu meşə zolaqlarının, yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə ölkənin 42,3 min hektar meşə fondu torpaqlarına xidmət göstərilib, o cümlədən 10,2 min hektarda meşəbərpa tədbirləri aparılıb.