Komitə: Yataqxanada baş verən yanğın səbəbilə sakinlər üçün müvəqqəti çadırlar quraşdırılıb


Digərləri 06 Mar 2019 14:27:00 188 0

Komitə: Yataqxanada baş verən yanğın səbəbilə sakinlər üçün müvəqqəti çadırlar quraşdırılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Nərimanov rayonunda yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.

Bakı. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Nərimanov rayonunda yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb. Komitədən Trend-ə daxil olan məlumatda deyilir ki, martın 5-də gecə 23.30 radələrində Bakı şəhərinin Nərimanov rayon ərazisində, M.Məmmədov küçəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada yanğın baş verib. Bu barədə xəbər alındıqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, MKSİF-in direktoru Mahir Abbaszadə və digər məsul işçilər hadisə yerində olublar. Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb. Yataqxanının üçüncü mərtəbəsində Səriyyə Hacıyevaya məxsus otaqda baş vermiş yanğının zəhərli təsirindən 8 nəfər xəsarət alıb, dərhal xəstəxanaya aparılıb. Hadisə nəticəsində Laçın rayonundan məcburi köçkün Eliza Əliyeva və Surxay Əliyev dünyasını dəyişib.