Bakı Ali Neft Məktəbi və Asan Kadr 2ci “Karyera sərgisi” keçirəcək


Digərləri 06 Mar 2019 11:38:00 283 0

Bakı Ali Neft Məktəbi və Asan Kadr  2ci “Karyera sərgisi” keçirəcək

Bakı Ali Neft Məktəbi və ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi Coca-cola şirkətinin sponsurluğu ilə gənclərin məşğulluğunu artırmaq üçün 2-ci "Karyera sərgisi"ni keçirəcək.

Karyera sərgisi bütün vətəndaşlar üçün açıq elan olacaq. Sərgi vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edəcək, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradacaq.

Sərgi 2019-cu il 12 mart tarixində Bakı Ali Neft Məktəbinin kampusunda saat 10:00-13:00 kimi davam edəcək, sərgidə müxtəlif yerli və xarici müəssisələrin nümayəndələri iştirak edəcək. Sərginin əsas məqsədi savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək olmaq və müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır.