Nazir müavini: "Azərbaycan və Dünya Bankı 4 milyard dollarlıq 50 layihə həyata keçiriblər"


Digərləri 06 Mar 2019 11:23:00 216 0

Nazir müavini: "Azərbaycan və Dünya Bankı 4 milyard dollarlıq 50 layihə həyata keçiriblər"

"Azərbaycan və Dünya Bankı ötən əsrin 90-cı illərinin əvvəllərindən dəyəri 4 milyard dollardan çox olan təqribən 50 layihə həyata keçiriblər. Bu, ikitərəfli əməkdaşlığın uğurlu göstəricisidir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Bakıda keçirilən "İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum"da deyib.