2034cü ildə Rusiya əhalisinin 30 faizi müsəlmanlardan ibarət olacaq


Digərləri 06 Mar 2019 08:33:00 214 0

2034cü ildə Rusiya əhalisinin 30 faizi müsəlmanlardan ibarət olacaq

2034-cü ildə Rusiya əhalisinin 30 faizi müsəlmanlardan ibarət olacaq. Bu fikri Moskvada Rusiya Dövlət Dumasında keçirilən "Rusiyada islamın tarixi: vətənpərvərlik və dinc-yanaşı yaşama ənənələri" mövzusunda konfransda çıxış edən Rusiya Müftilər Şurasının sədri, şeyx Ravil Qaynutdin səsləndirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Ravil Qaynutdin deyib: "Mötəbərliyinə şübhə etmədiyimiz mütəxəssis rəylərinə görə, 15 ildən sonra müsəlmanlar Rusiya əhalisinin 15 faizini təşkil edəcək". Onun sözlərinə görə, Moskva Came Məscidində ibadətə rəhbərlik etdiyi 30 il ərzində ekspertlərin proqnozlarının doğrulduğunun şahidi olub. O qeyd edib: "Məsələn, hüquq-mühafizə orqanlarının rəsmi məlumatına görə, 2018-ci ildə Qurban bayramı günü ibadətə 320 min müsəlman gəlib və bu göstərici ildən-ilə artır. İnsanlar arasında sıx təmas, mədəniyyətlərin və dünyagörüşünün uzlaşması, fəal miqrasiya prosesi Rusiya üçün unikal hal deyil, əksinə, dövrümüzün xüsusiyyətidir". Müfti əlavə edib ki, bir çox ekspertlər, politoloqlar və sosioloqların qənaətinə görə, demoqrafik, iqtisadi, miqrasiya və digər səbəblərdən müsəlman amili daha da güclənəcək.