Moskva sakininin bənzəri onun bank hesabından 10 milyon rubl oğurlayıb


Digərləri 06 Mar 2019 07:58:00 221 0

Moskva sakininin bənzəri onun bank hesabından 10 milyon rubl oğurlayıb

Moskva sakininin bənzəri onun bank hesabından 10 milyon rubl (təxminən 258 min manat) çıxarıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya DİN-in məlumatına görə, pul Moskva sakininin avro və rubl hesablarından çıxarılıb. Müşahidə kameralarından göründüyü kimi, hesab sahibinə bənzər kişi banka gələrək pasportunu təqdim edib və hər iki hesabda olan vəsaitləri çıxarıb.