“Milan” 600 milyon avro dəyərində


Dünya 05 Mar 2019 21:51:00 242 0

“Milan” 600 milyon avro dəyərində

"Milan" və "İnter" hazırkı "San-Siro" stadionunun yaxınlığında yeni arenanın birgə tikintisi layihəsini nəzərdən keçirirlər. "Rossoneri" artıq meriyanın razılığını əldə edib, ona yalnız "neradzurri"nin qərarını gözləmək qalıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, stadion 60 min tamaşaçı üçün nəzərdə tutulur. Layihəyə görə, Milan klublarının hazırkı ev stadionu söküləcək, cəmi bir neçə yüz metr aralıda 60 min yerlik yeni qurğu Nyu-Yorkda yerləşən "MetLife Stadium"un modeli əsasında tikiləcək. Layihəyə, həmçinin konsertlərin təşkili üçün 5 min yerlik stadion və yeni ticarət mərkəzi daxildir.

Dəyəri təxminən 600 milyon avro təşkil edən yeni stadionun 2023-cü ilədək tikiləcəyi gözlənilir.