Hansı halda insan öz həyatından razı olur?


Digərləri 05 Mar 2019 21:55:00 184 0

Hansı halda insan öz həyatından razı olur?

Yəqin ki, həyatınız boyu elə insanlarla rastlaşmısınız ki, sadə həyatlarına baxmayaraq, üzləri həmişə gülər və ürəkləri şad olar. Bəs onların bu sevincinin mənbəyi nədədir?

Şadlıq nədir? Şadlıq - insanın hədəfinə yaxınlaşan zaman büruzə verdiyi həyəcandır. O kəsin ki, həyatda hədəfi kiçik olar, daha xoşbəxt həyata malik olar. Gözü dünya malında olmaz və tək hədəfi - malik olduqları ilə qənaətlənməsidir. "Güldürən və ağladan (bu iki sifəti varlıqlarda yaradan) Odur". ("Nəcm" 43).

Son.az deyerler.org-a istinadən bildirir ki, yəni, Allahın insanların qəm və şadlığının kökündə iradəsi vardır. O kəslər ki, Allah yolunda addım atarlar, Allah onları həyatdan razı və şad edər.

"De: "Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır"". ("Yunus" 58).

O insanlar ki, əllərində olana razıdırlar və həyatdan ləzzət alırlar - onlar adətən mülayim insanlardırlar. Başqa insanlarla rabitədə əxlaq nümayiş etdirərlər. Başqalarının xatalarına rahatlıqla göz yumarlar və qəzəblərini kontrol edə bilirlər.

Onlar başqalarının çətinliklərinə qarşı laqeyd deyildirlər.