Rövşən Məmmədov bu dəfə 5 nəfəri işdən çıxardı


Digərləri 05 Mar 2019 14:58:00 216 0

Rövşən Məmmədov bu dəfə 5 nəfəri işdən çıxardı

AzTV-nin yeni rəhbərliyi kadr islahatlarını davam etdirir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə işdən çıxarılanlar arasında QSC sədrinin köməkçisi Fərman Orucov və Kadrlar və Xüsusi işlər İdarəsinin rəisi Mənsur Bayramovun da adı var. 

Xatirə Qasımova isə telekanalın Mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilərək eyni qurumun nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasına göndərilib. Eyni zamanda, telekanalın Şahin İbrahimov və Tural Həmidzadə  adlı əməkdaşları da tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Belə ki, Şahin İbrahimov Arif Alışanovun rəhbərliyi dövründə adıçəkilən televiziyada çəkilişlərdən kanala daxil olan qeyri-leqal pulları yığmaqla məşğul olduğu üçün o, "kassir Şahin" kimi tanınıb. Daha sonra keçmiş rəhbərlik eyni missiyanı yerinə yetirməsi üçün onu İTV-yə göndərib. Lakin Balakişi Qasımovun İTV-in direktoru təyin edilməsindən az sonra AzTV-nin köhnə rəhbərliyinin təyin etdiyi bir sıra kadrlar, o cümlədən Şahin İbrahimov yenə eyni əməl və məlum missiyası ilə gündəmə gəlib.