Axşam evdən mağazaya gedib,


Digərləri 05 Mar 2019 13:45:00 284 0

Axşam evdən mağazaya gedib,

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə,  1967-ci il təvəllüdlü Şəki rayonu Cumakənd  sakini Rəşid Yusifov fevralın 27-si axşam saatlarında kənddə yaşadığı evdən mağazaya getmək adı ilə çıxıb və indiyədək geri qayıtmayıb.

Evdən çıxanda əynində qara rəngli palto və şalvar, göy jaket, ayağında açıq qırmızı rəngli çəkmə olub. Boyu 167 sm, arıq bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Pünhan Mirzə Son.az


Xəbərə aid foto