Ombudsman: "Hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması üçün təkliflər vermişik"


Digərləri 05 Mar 2019 12:46:00 292 0

Ombudsman: "Hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması üçün təkliflər vermişik"

Biz hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması üçün təkliflər vermişik. Təklifimizdə kirayədə yaşayan hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırılması öz əksini tapıb.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

O bildirib ki, 2018-ci il Azərbaycan üçün uğurlu il olub: "Hər ilin öz xüsusiyyətləri olur. 2018-ci il Azərbaycan tarixində əhəmiyyətli hadisələrlə yadda qalıb. Prezident seçkilərinin keçirilməsi, "Cümhuriyyət ili"nin qeyd olunması və digər məsələlər ötən ili inqilabi il kimi tarixə həkk etdi. Eyni zamanda, sosial problemlərin aradan qaldırılması istiqamətində verilən qərarlar uğurlu addımlar oldu".