Yevlaxda həmyerlisini güllələyən şəxs saxlanıldı


Digərləri 05 Mar 2019 12:20:45 247 0

Yevlaxda həmyerlisini güllələyən şəxs saxlanıldı

Yevlax rayonunda həmyerlisini güllələyərək ağır yaralayan şəxs saxlanılıb.

Son.az report-a istinadən xəbər verir ki, fevralın 25-də gecə saatlarında Yevlax rayonu ərazisindən Rəşid Həsənovun güllə yarası xəsarəti ilə mərkəzi xəstəxanaya gətirilməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat verilib.

Məlumatla əlaqədar Yevlax RPŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsə pnevmatik tapança ilə xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Tural Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.