Azərbaycanda sərnişin daşıyan mikroavtobus yoldan çıxaraq aşdı:


Digərləri 05 Mar 2019 11:31:00 247 0

Azərbaycanda sərnişin daşıyan mikroavtobus yoldan çıxaraq aşdı:

Yevlax rayonunda sərnişin mikroavtobusu aşıb. 

Son.az report-a istinadən xəbər verir ki, hadisə Xaldan-Mingəçevir avtomobil yolunun Yevlax rayonunun Gülövşə kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "Ford" markalı mikroavtobus "Toyota" markalı minik avtomobili ilə toqquşub. Nəticədə sərnişin daşıyan mikro avtobus yoldan çıxaraq aşıb. Hadisə zamanı "Ford"un sürücüsü xəsarət aldığından xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.