İndiyə qədər 3981 şəhidin vərəsəsinə birdəfəlik ödəniş verilib


Digərləri 05 Mar 2019 11:35:00 230 0

İndiyə qədər 3981 şəhidin vərəsəsinə birdəfəlik ödəniş verilib

Prezident İlham Əliyevin müvafiq fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 310 nəfərin 492 vərəsəsinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edilib.

Bu barədə Son.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Onların siyahısı birdəfəlik ödəmənin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib. Yaxın günlərdə müvafiq vəsaitlərin həmin vərəsələrin bank hesablarına köçürülməsi təmin olunacaq. Vəsait köçürüldükdən sonra bu barədə onların sənədlərini təqdim edərkən qeyd etdikləri telefon nömrələrinə elektron qaydada ismarıcla rəsmi bildiriş göndəriləcək.