Yardımlıda 4 nəfərin xəsarət alması, bir nəfərin ölməsi ilə nəticələnən münaqişəyə görə cinayət işi açıldı


Digərləri 05 Mar 2019 11:30:00 199 0

Yardımlıda 4 nəfərin xəsarət alması, bir nəfərin ölməsi ilə nəticələnən münaqişəyə görə cinayət işi açıldı

Yardımlıda 4 nəfərin xəsarət alması, bir nəfərin ölməsi ilə nəticələnən münaqişəyə görə cinayət işi açılıb.

Bakı. Samir Əli - 23 fevral 2019-cu il tarixdə saat 17 radələrində Yardımlı rayonu, Ləzran kəndi ərazisində kənd sakini Bəhruz İsgəndərovla rayonun Şovud kənd sakini Teymur Hüseynov arasında baş vermiş münaqişə zamanı həmin şəxslər, eləcə də Pərviz İsgəndərov, İbrahim Mirzəyev xəsarət alıb, Bəhruz İsgəndərov aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin Trend-ə daxil olan birgə məlumatında qeyd olunur ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı hadisə yeri müayinə edilib, maddi sübutlar götürülüb, Bəhruz İsgəndərovun meyiti daxili və xarici müayinə edilib, məhkəmə-tibbi, kompleks məhkəmə-tibbi bioloji və digər ekspertizalar təyin edilib, şahidlərin ifadələri alınıb və digər zəruri istintaq hərəkətləri aparılıb. İş üzrə Teymur Hüseynov ifadəsində Bəhruz İbrahimovu bıçaqla vurmasını etiraf edib və Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək fevralın 26-da barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib.