"AzerTelecom" ADA Universitetində Karyera sərgisində iştirak edib


Digərləri 05 Mar 2019 11:30:00 201 0

"AzerTelecom" ADA Universitetində Karyera sərgisində iştirak edib

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom" ADA Universiteti tərəfindən təşkil olunmuş növbəti - sayca 7-cı Karyera sərgisində iştirak edib.

Bakı. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom" ADA Universiteti tərəfindən təşkil olunmuş növbəti - sayca 7-cı Karyera sərgisində iştirak edib. Ölkənin informasiya və kommunikasiya texnologiyaları və digər sektorlarında fəaliyyət göstərən 70-dən çox şirkəti və ADA Universitetinin çoxsaylı tələbə və məzunlarını bir araya gətirən karyera sərgisi zamanı tələbələr və məzunlar ölkənin telekommunikasiya sektorunda qabaqcıl və inkişaf edən şirkət olan "AzerTelecom" barədə, eləcə də şirkətdə mövcud vakant iş yerləri və təcrübə keçmək imkanları barədə məlumat əldə ediblər, onları maraqlandıran suallara müvafiq cavablar alıblar. Karyera sərgisi "AzerTelecom" şirkəti və hazırda təhsil alan və ya artıq məzun olmuş gənclər arasında yeni əlaqələrin qurulması, şirkətin təqdim etdiyi imkanlar barədə ətraflı şəkildə məlumatlanmaq, istedadlı tələbə və məzunları aşkara çıxarmaq baxımından faydalı olub.