"Azərbaycan dini etiqad, vicdan azadlığı baxımından dünyada nümunə göstərilə biləcək ölkələr sırasındadır"


Digərləri 05 Mar 2019 11:08:00 228 0

"Azərbaycan dini etiqad, vicdan azadlığı baxımından dünyada nümunə göstərilə biləcək ölkələr sırasındadır"

Azərbaycan dini etiqad, vicdan azadlığı baxımından dünyada nümunə göstərilə biləcək ölkələr sırasındadır, bəlkə də bu ölkələrdən birincisidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" adlı beynəlxalq konfransda çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, Azərbaycan özünəməxsus dövlət-din modelinə malikdir: "Azərbaycan dinlərin, mədəniyyətlərin qovşağı olan bir dövlət kimi dünyaya öz modelini göstərib".

M.Qurbanlı bildirib ki, Azərbaycan mədəniyyətlərarası, dinlərarası münasibətlərin həyata keçirilməsində mühüm rol oynayır. Bakı şəhəri bu müzakirələrdə mərkəz şəhər kimi çıxış edir.