Kolleci bitirənlər ali məktəblərə bu qayda ilə daxil ola biləcəklər


Digərləri 05 Mar 2019 09:09:09 244 0

Kolleci bitirənlər ali məktəblərə bu qayda ilə daxil ola biləcəklər

Azərbaycanda orta ixtisas təhsilini bitirən subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı Təhsil Nazirliyində hazırlanmış qaydalar Nazirlər Kabinetinə təqdim edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hazırda sənəd layihəsi razılaşdırma mərhələsindədir. Qaydaların yeni tədris ili üçün aparılan qəbul kampaniyası dövrünədək təsdiq və builki tələbə qəbulu zamanı tətbiq ediləcəyi gözlənilir.

Bu qaydalara əsasən subbakalavrlar ali təhsil müəssisələrinin yalnız müvafiq ixtisaslarına, yəni subbakalavrın təhsil aldığı ixtisasa uyğun olan ixtisasa qəbul olmaq istədiyi halda müsabiqədə iştirak edə biləcək. Belə subbakalavrlar ali məktəblərə qəbul üçün keçirilən imtahanlarda iştirak etməyərək müsabiqənin birbaşa ixtisaslaşma mərhələsinə buraxılacaqlar. Subbakalavrların qəbul olunacaqları ixtisasların siyahısı isə Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək.