“Uber” və “Lyft” sürücülərə səhmdar olmağa imkan yaradır


Digərləri 05 Mar 2019 08:41:00 224 0

“Uber” və “Lyft” sürücülərə səhmdar olmağa imkan yaradır

"Uber Technologies" və "Lyft" bəzi sürücüərinə pul mükafatı təklif etməyi planlaşdırır. Sürücülər bu vəsaitləri birjadakı ilkin ictimai təklifdən (IPO) qabaq şirkətlərin səhmlərilə əvəz edə biləcəklər.

Son.az insider.az-a istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" şirkətlərin planları ilə tanış olan müsahiblərə istinadən xəbər verir verib.

Adətən, səhmlər birjaya çıxmamış ya işçi heyətinə, ya iri fondlara paylanılır. Adi investorların əlinə belə bir imkan nadir halda düşür. Buna görə də, adı çəkilən şirkətlərin sürücülər üçün yeni planı unikal bir şans kimi dəyərləndirilir.

Nəşr "Uber"-in bu proqrama "milyonlarla dollar" xərcləyəcəyini bildirir. Pul mükafatını dünyanın hər yerindən olan sürücülər əldə edəcəklər. Lakin ABŞ qanunvericiliyinə görə onların heç də hamsı bu vəsaitləri səhm alışına sərf edə bilməyəcək. Mükafatın həcmi onların əməkdaşlıq müddəti və yetirilən sifarişlərin sayından asılı olacaq. Hazırda "Uber"-də 3 milyon sürücü və kuryer çalışır.