“Tesla” “Model 3”ün ən ucuz versiyasının satışına start verdi


Digərləri 05 Mar 2019 08:05:00 232 0

“Tesla” “Model 3”ün ən ucuz versiyasının satışına start verdi

"Tesla Model 3" sedanının 35 min dollara satışı ilə bağlı elanla başladı.

Son.az insider.az-a istinadən bildirir ki, artıq istehsalçının rəsmi saytında avtomobilin alışı üçün sifariş imkanı var.

Lakin bu qiymətin ən minimal olduğu bildirilir. Bu komplektasiyada quraşdırılmış batareya yükləyici ilə təkrar doldurulmadan 350 kilometrə yaxın gedişə malikdir. Bir yükləyici vasitəsilə maksimum 520 kilometr məsafəyəcən gedişli kompektasiya isə 43 min dollara başa gələcək.

Bu avtomobili digər avtomobillərin hərəkətindən asılı olaraq sürətin artıb zəifləməsi imkanını yaradan avtopilot rejimi ilə əldə etmək üçün əlavə 3 min dollar da ödəniş etmək lazımdır. Avtomobilin verilən ünvana avtomobil axınında sərbəst gedib park edə bilməsi imkanını verən tam avtopiltot paketi ilə isə əlavə 5 min dollar ödəmək gərəkdir.