Kibercinayətkarların illik gəliri 3,25 milyard dollara çatır


Digərləri 05 Mar 2019 07:11:00 332 0

Kibercinayətkarların illik gəliri 3,25 milyard dollara çatır

Kibercinayətkarların sosial şəbəkələrdə fırıldaqçı sxemlər üzrə illik gəliri 3,25 milyard dollar təşkil edir. Bu barədə zərərli təhlükələrdən mühafizə texnologiyalarının yaradılmasında ixtisaslaşan "Bromium" şirkətinin hesabatında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, fırıldaqçılar tərəfindən böyük səy göstərmədən dünyada milyonlarla istifadəçini əhatə etmək və yoluxdurmaq məqsədilə virusların yayılması üçün "Facebook", "YouTube", "Twitter" və digər servislərdən istifadə olunur.

Sosial şəbəkələr vasitəsilə kriptovalyutanın əldə olunması, zərərli reklamın daxil edilməsi, fişinq keçidləri və s. üçün proqramlar yayılır.

"Sosial şəbəkələr kibercinayətkarlığı dəstəkləyir. Onlar kiberfırıldaqçılar tərəfindən təşkilat və fiziki şəxslərə hücumlar, eləcə də müxtəlif qanunsuz məhsul, xidmət və biliklərin satışı üçün istifadə edilir", - tədqiqatda qeyd edilir.