Məşhurun anası Kənan Doğulu ilə Beren Saatın boşanması haqqında nələr dedi? FOTO


Digərləri 04 Mar 2019 23:02:00 332 0

Məşhurun anası Kənan Doğulu ilə Beren Saatın boşanması haqqında nələr dedi?  FOTO

Məşhur müğənni Kənan Doğulu dünən yaradıcılığının 25 illiyi münasibəti ilə "Wolkswagen Arena"da konsert verib.

Son.az xəbər verir ki, 5 min nəfərlik konsertdə ulduzu izləməyə gələnlər arasında anası Serpil Doğulu da olub. Lakin 6 aydır hazırlaşdığı gecədə müğənninin xanımı Beren Saat iştirak etməyib. Halbuki, Beren Saat ərini tanış olduqları 2012-ci ildən bu yana heç bir konsertində tək qoymamışdı. Pop ulduzu konsertdən sonra mətbuat nümayəndələrinin suallarına cavab verməkdən imtina edib. Musiqiçinin komandası "Yorğun və şayiələrdən dolayı məyusdur. Açıqlama vermək istəmir" deyə bildirib.

Bundan sonra jurnalistlər oğlunu ən öndən izləyən Serpil Doğuluya sual ünvanlayıb. O, "Boşanacaqlarmı" sualına cavab verməyə əvvəlcə tərəddüd esə də, ard-arda gələn israrlı suallara belə münasibət bildirib:

"Mən bilmirəm, onlar özləri daha yaxşı bilir. Sizlər də bu məsələləri daha yaxşı bilirsiniz".

Cütlüyə yaxın mənbələrin verdiyi məlumata görə, Beren Saat boşanmaq istəyir, Kənan isə istəmir.

Xatırladaq ki, Beren Saat 26 fevralda 35 yaşı tamam olması münasibətilə İnstaqramda kədərli status yazmış, hətta vəfat edən sevgilisini xatırlamışdı:


Xəbərə aid fotolar