Fevral ayında Gürcüstanda ərzaq məhsulları, alkoqollu içkilər və siqaretin qiyməti artıb


Dünya 04 Mar 2019 22:44:00 250 0

Fevral ayında Gürcüstanda ərzaq məhsulları, alkoqollu içkilər və siqaretin qiyməti artıb

Fevral ayında Gürcüstanda ərzaq məhsulları, alkoqollu və alkoqolsuz içkilərin, siqaretin qiyməti artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, ötən ay ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 0,1 faiz, alkoqollu içkilər və tütünün qiyməti 6,7 faiz artıb. Bunun əksi olaraq, geyim və ayaqqabıların qiyməti 4,6 faiz ucuzlaşıb.