Barselonanın kruiz limanı İspaniyanın ən yaxşı limanı sayılıb


Digərləri 04 Mar 2019 22:02:00 292 0

Barselonanın kruiz limanı İspaniyanın ən yaxşı limanı sayılıb

Barselona limanı kruiz istirahətinin keyfiyyətinə görə "Premios Excellence"nin baş mükafatına layiq görülüb. Bu mükafat artıq 12-ci dəfədir təqdim edilir. Kataloniya paytaxtı 2018-ci ildə İspaniyanın ən yaxşı liman şəhəri sayılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Premios Excellence" kruiz mövzusunda ixtisaslaşan "Cruise News Media Group" media şirkəti tərəfindən təqdim olunur. Kartahenada keçirilən tədbirdə kruiz sənayesinin və turizm sektorunun 350 nümayəndəsi iştirak edib.