Latviyada valideyn himayəsindən məhrum uşaqlar üçün yeni layihə hazırlanıb


Dünya 04 Mar 2019 21:35:00 275 0

Latviyada valideyn himayəsindən məhrum uşaqlar üçün yeni layihə hazırlanıb

Latviyada valideyn himayəsindən məhrum uşaqlar üçün yeni layihə - "Muzdlu valideyn" reallaşdırılmağa başlanılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Riqa" sosial müdafiə mərkəzinin valideyn himayəsindən məhrum uşaqlar üçün hazırladığı layihədə ilkin mərhələdə 4-11 yaşarası 7 uşaq və 3 valideyn iştirak edəcək. Bu məqsədlə iki mənzil ayrılacaq və 4 uşaqla iki, 3 uşaqla bir valideyn orada yaşayacaq. Valideynlər buna görə əməkhaqqı və illik məzuniyyət alacaqlar. Mərkəz hazırda uyğun valideynlərin seçilməsi üçün müsabiqə elan edib.