Diplomatik korpusun nümayəndələri vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıb


Digərləri 04 Mar 2019 20:35:00 186 0

Diplomatik korpusun nümayəndələri vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıb

Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpusun nümayəndələri ilə görüş keçirilib.

Bakı. “Hyatt Regency” otelində Prezident Administrasiyasının dəstəyi, Xarici işlər və Vergilər nazirliklərinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpusun nümayəndələri ilə görüş keçirilib. Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə məqsəd diplomatik korpus nümayəndələrini vergi sistemində aparılan islahatlar və vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə məlumatlandırmaq olub. Tədbirdə çıxış edən vergilər naziri Mikayıl Cabbarov ölkədə aparılan iqtisadi islahatlar, xarici investorlar üçün yaradılmış əlverişli biznes mühiti, vergi islahatları, onların məqsəd və hədəfləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd edilib ki, qarşıdakı dövrdə ölkə iqtisadiyyatının qarşısında duran əsas iqtisadi vəzifələr ixracyönümlü qeyri-neft sənayesinin yaradılması, xammala bağlı olmayan inkişaf mexanizmlərinin qurulması, biznes mühitinin və sahibkarlığın inkişafının stimullaşdırılmasıdır. Bu hədəflərə nail olmaq üçün vergi qanunvericiliyində, vergi inzibatçılığında və bilavasitə idarəetmə sistemində köklü islahatlar aparılır.