“Victoria's Secret”in ABŞdakı butikləri bağlanır


Digərləri 04 Mar 2019 19:54:00 225 0

“Victoria's Secret”in ABŞdakı butikləri bağlanır

Dünyanın ən məşhur qadın alt paltarı brendi "Victoria's Secret"in ABŞ-dakı 53-ə yaxın butiki bağlanacaq.

Son.az Oxu.az-a istinadən bildirir ki, bu barədə brendin rəsmiləri ötən həftənin sonu "Bloomberg"ə açıqlama veriblər.

Mağazaların bağlanmasının əsas səbəblərindən biri ötən ilin noyabr ayında "Vorgue US" şirkətinin rəsmilərinin verdiyi müsahibə olub. Onlar vurğulayıblar ki, bundan sonra "Victoria's Secret"də böyük ölçülərə sahib olan qadınlar və transgenderlər işə götürülməyəcək.

Qeyd edək ki, ABŞ brendi "Victoria's Secret" 1977-ci ildə San-Fransiskoda (Kaliforniya) yaradılıb. Brendin tarixi çox maraqlıdır. Gənc ər Roy Reymond öz sevimli arvadına gözəl alt paltarı dəsti hədiyyə etmək istəyir. Lakin onun arvadına xoş sürpriz etmək cəhdi uğursuzluqla nəticələnir.

Səbəb satıcıların kişi müştərilərlə işləyə bilməməsi və Roy Reymonda alt paltarı seçimində  kömək edə bilməmələri olur. Mağazadakı hadisə Roy Reymonda uzun müddət rahatlıq vermir və nəticədə, onda öz qadın alt paltarı mağazasını açmaq ideyası yaranır.

Bu, Stenford Universitetinin məzunu, MBA dərəcəsi olan istedadlı gəncin ideyası olur. 


Xəbərə aid fotolar