Bakıda xəstəxanada 3 günlük körpə ölüb


Digərləri 04 Mar 2019 17:29:00 196 0

Bakıda xəstəxanada 3 günlük körpə ölüb

Ötən gecə Bakıdakı xəstəxanada 3 günlük körpə ölüb.

Son.az Report-a istinadən xəbər verir ki, hadisə K.Fərəcova adına Elmi Tədqiqat (ET) Pediatriya İnstitutunda (OMD kimi tanınır) baş verib.

Faktı "Report"a İnstitutun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev təsdiqləyib. O qeyd edib ki, Quliyev soyadlı körpə ağır diafraqma yırtığı diaqnozu ilə instituta daxil olub: "Onu əməliyyat etsək də, həyatını xilas etmək mümkün olmadı. Çünki anadangəlmə ağır xəstəliklə doğulmuşdu. Ölkədə ağır vəziyyətdə doğulan körpələr bura gətirilir və onların bəzilərinin həyatını xilas etmək olmur".