2023cü ilədək Azərbaycana turist axını 4 milyonadək arta bilər


Digərləri 04 Mar 2019 17:19:00 196 0

2023cü ilədək Azərbaycana turist axını 4 milyonadək arta bilər

"Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi sayəsində 2023-cü ilədək ölkəyə turist axınının 4 milyon nəfərə qədər artacağı gözlənilir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin baş icraçı direktorunun müavini Bəhruz Əsgərov "Formula 1 yarışının keçirilməsinin iqtisadi və sosial faydaları" mövzusunda "dəyirmi masa"da deyib.

B.Əsgərov bildirib ki, bu göstərici "Turizm strategiyası-2023" çərçivəsində nəzərdə tutulub.