Qaradağda iki qardaşı güllələyərək öldürən şəxsə


Digərləri 04 Mar 2019 16:44:00 193 0

Qaradağda iki qardaşı güllələyərək öldürən şəxsə

Bu gün Bakı Apellyasiya Məhkəməsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanov barəsində olan hökmdən zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi apellyasiya şikayət üzrə məhkəmə iclası başa çatıb.

Son.az Report-a istinadən xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkən şəxsin hüquqi varisinin apellyasiya şikayəti təmin edilib.

Belə ki, Z.Tərlanov barəsində olan 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası ömürlük cəza ilə əvəzlənib.