Pakistan uçuşlara qadağanın müddətini yenə uzatdı


Dünya 04 Mar 2019 16:14:00 241 0

Pakistan uçuşlara qadağanın müddətini yenə uzatdı

Pakistanın Mülki Aviasiya İdarəsi ölkənin hava məkanında uçuşlara qadağanın müddətini daha bir sutka artırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, beləliklə, Pakistanın hava məkanı saat 5 mart 08:00-dək (UTC) bağlı qalacaq.

Bununla belə, ölkənin 4 hava limanı (Peşəvər, Kvette, Kəraçi və İslamabad) əvvəlki kimi məhdud rejimdə kommersiya reyslərini qəbul edə və göndərə biləcək.