Türkiyədə inflyasiya göstəriciləri açıqlandı


Dünya 04 Mar 2019 13:56:00 221 0

Türkiyədə inflyasiya göstəriciləri açıqlandı

Bu ilin fevral ayında Türkiyədə qiymətlər yanvar ayı ilə müqayisədə 0,16%, ötən ilin fevral ayına nisbətən isə 19,67% artıb. 

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb. 

Bundan başqa, qurum bəyan edib ki, ilin əvvəli ilə müqayisədə ölkədə inflyasiya 1,23%, ötən il fevralın 1-nə nisbətən isə 17,93% təşkil edib.