Bu yollarda təmir işləri aparılacaq


Digərləri 04 Mar 2019 12:44:00 225 0

Bu yollarda təmir işləri aparılacaq

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci km hissəsində və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə dairəsindən Hökməli dairəsinə qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə Son.az-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib.

Bundan başqa, Bakı şəhəri, Bibiheybət məscidinin yanında və Bakı-Şamaxı avtomobil yolunun 15-100-cü km hissəsində yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Bununla yanaşı, aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılıb. Avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunub.