Martın 16dan avtobuslarda gediş haqqı artır


Dünya 04 Mar 2019 12:21:00 233 0

Martın 16dan avtobuslarda gediş haqqı artır

İranda martın 16-dan avtobusun gediş haqqı 20% artacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Əbdülhaşim Həsənniya jurnalistlərə açıqlamasında deyib.

Ə.Həsənniyanın sözlərinə görə, hər il olduğu kimi Novruz bayramı istirahət günləri ərəfəsində avtobusda gediş haqqı bahalaşacaq.

O əlavə edib ki, avtobusların xərclərini çıxarmaq üçün bu zəruridir.