Balakən sakinlərindən narkotik vasitələr götürülüb


Digərləri 04 Mar 2019 09:11:00 277 0

Balakən sakinlərindən narkotik vasitələr götürülüb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Bakı. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib. DİN Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Talalar kənd sakini, əvvəllər məhkum olunmuş Muxtar Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı M. Mustafayevdən 0, 38 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Onun ətrafında aparılan araşdırmalarla M.Mustafayevin rayonun Mahamalar kənd qəbiristanlığının ərazisində gizlətdiyi təmiz çəkisi 292 qrama yaxın qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.