Səbr və namazdan kömək alin!


Digərləri 03 Mar 2019 23:20:00 312 0

Səbr və namazdan kömək alin!

Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 153-cü ayəsində buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلاَةِ إِنَّ اللّهَ مَعَ الصَّابِرِينَ

"Ey iman gətirənlər! (Həyatın çətin hadisələri qarşısında) səbir və namazdan kömək alın. Həqiqətən, Allah səbirlilərlədir."

Bu ilahi kəlamın oxşarını bu surənin 45-ci ayəsində də oxuyuruq. Həmin ayədə Allah-Taala Bəni-İsrailə belə buyurur:

وَاسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلاَةِ

"(Çətinliklər qarşısında) səbir və namazdan kömək alın..."

Son.az maide.az-a istinadən bildirir ki, yuxarıdakı ayədə isə müsəlmanlara da göstəriş verilir ki, həyatın çətinlikləri qarşısında səbir və namazdan kömək alın. Bəli, eyni dərdlərin dərmanı da eynidir.

Ümumiyyətlə, məhdud insan saysız problemlərin ağuşunda qeyri-məhdud ilahi qüvvədən yardım almasa, məhv olub gedər. Allaha bağlı insan keşməkeşlər qoynunda özünü itirmir. Çətinliklər ona böyük görünmür. Namazı diqqətlə və qəlbin iştirakı ilə qılan kəs meraca gedir. Mənəvi pərvaz yüksək olduqca, dünyanın həm çətinlikləri, həm də ləzzətləri kiçik görünür.

İnsan nemətə qərq olduqda və çətinliyə düşdükdə, uyğun ayənin göstərişlərinə əməl etməlidir.