Güzəştlər hansı növ kreditlərə aiddir?


Digərləri 03 Mar 2019 22:58:00 230 0

Güzəştlər hansı növ kreditlərə aiddir?

Problemli kreditlərlə bağlı dövlətin təqdim edəcəyi güzəştlər hansı növ kreditlərə aiddir? Ekspertlər bildirir ki, burda əsas məsələ onun hansı növə aid olması yox,kreditin həcmi və problemli olmasıdır. Bu isə o deməkdir ki, güzəştlər istehlak, ipoteka və digər kreditlərə də aiddir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, dövlət başçısının problemlı kreditlərlə bağlı imzaladığı fərmana əsasən məzənnə fərqindən yaranan məbləğə ediləcək güzəştlər bütün növ kreditlərə aiddir. İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, fərman ancaq istehlak kreditlərini əhatə etmir.

Fərmanda bir çoxları üçün anlaşmaz qalan məqamlardan biri də 10 min dollardan çox krediti olanlara güzəştlərin hansı halda tətbiq ediləcəyidir.