Ağcabədidə dərsdən evə qayıdan müəllimlər


Digərləri 03 Mar 2019 20:51:00 228 0

Ağcabədidə dərsdən evə qayıdan müəllimlər

2 gün əvvəl Ağcabədi rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, rayonun Rəncbərlər və Hüsülü kəndlərinin yaxınlığından keçən hissəsində "Lada Priora" və "Mitsubishi Pajero" markalı minik avtomobillərin toqquşması nəticəsində vəfat edən "Lada Priora"nın sürücüsü Elsəvər Məmmədov və Həyat Məmmədova müəllim olub.

Hadisə müəllimlər kənd məktəbində dərslərini bitirərək Ağcabədi şəhərində yeni salınmış qəsəbədəki evlərinə qayıdarkən baş verib.

Bildirilir ki, E.Məmmədobv həm də Ağcabədidə "Yeni Abituriyent" kursunda çalışırmış və rayonda tanınmış ingilis dili müəllimlərindən olub.


Xəbərə aid fotolar