Ermənistanda görünməmiş qar


Dünya 03 Mar 2019 18:06:00 216 0

Ermənistanda görünməmiş qar

Dünən axşam saat 21 radələrindən etibarən Ermənistanın əksər bölgələrində son illərdə görünməmiş qar yağıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, təkcə Yerevan-Gorus magistralında 1000-dən çox maşın yolda qalıb.

60-dan çox xilasedicinin yardımına baxmayaraq cəmi 500-ə yaxın maşın qarın altından çıxarılıb. Gecə 37 nəfər çətinliklə yaxında olan hərbi hissəyə aparılıb.