Azərbaycanda məhsulun ifrat bol və ya qıt olmasının qarşısı alınacaq


Digərləri 03 Mar 2019 16:36:00 222 0

Azərbaycanda məhsulun ifrat bol və ya qıt olmasının qarşısı alınacaq

Elektron kənd təsərrüfatı sistemi fermerlərin öz məhsullarını daha düzgün istiqamətdə yetişdirib birbaşa bazara çıxarmalarına yardım edəcək. Bu sistem hər hansı bir məhsulun ifrat bol və ya qıt olmasının qarşısını alacaq.

Son.az bildirir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov "Xəzər Xəbər"ə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, bu sistemin ən böyük üstünlüyü fermerlər üçün dövlət xidmətlərinin əlçatan və şəffaf olmasıdır. Bununla bərabər bu sistem sayəsində fermerlər yetişdirdikləri məhsulun bazarının olub-olmadığını əvvəlcədən biləcəklər.

Nazir İnam Kərimov bildirib ki, ölkəmiz fermerlərə subsidiyaların verilməsinə görə öndə gedən dövlətlərdəndir. Hətta subsidiya qaydalarının təkmilləşdirilməsi istiqamətində yeni layihə də artıq yekunlaşmaq üzrədir. Bu layihə subsidiya ilə bağlı bir sıra məsələləri özündə ehtiva edəcək.