Rusiyanı içəridən dağıtmaq üçün “Troya atı”?


Dünya 03 Mar 2019 15:23:00 238 0

Rusiyanı içəridən dağıtmaq üçün “Troya atı”?

ABŞ-ın Rusiyaya qarşı hazırlamaqda olduğu "Troya atı" planı siyasi təzyiqin və hərbi gücün birləşməsini nəzərdə tutur.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Valeri Gerasimov bildirib.

"Troya atı" planı haqda fevralın sonlarında ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi, general Devid Qoldfayn açıqlamışdı. Generalın bildirdiyinə görə ABŞ bu strategiyanı Rusiya və Çin kimi ölkələrə tətbiq etməyi nəzərdə tutur.

Planın əsas prinsipi düşmən ərazisinə eyni zamanda havadan, qurudan və dənizdən gizli şəkildə girməkdən ibarətdir. Planının işlənib hazırlanmasına bir il vaxt və 13 milyard dollar sərf olunacaq. General Qoldfayn bildirib ki, "Troya atı" planı çərçivəsində F-35 qırıcılarından da istifadə etmək nəzərdə tutulur.