Bu gün milli parklara giriş pulsuzdur


Digərləri 03 Mar 2019 11:14:00 377 0

Bu gün milli parklara giriş pulsuzdur

3 mart - Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Günü ilə əlaqədar milli parklarda bu gün "Açıq qapı" günü keçirilir.

Son.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Trend-ə bildirib ki, bu gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək:

"Açıq qapı" günü səhər saat 09:00-dan axşam saat 18:00-dək davam edəcək. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməkdir".