Gənclərimizdən İranda uğurlu start


Digərləri 03 Mar 2019 03:27:08 429 0

Gənclərimizdən İranda uğurlu start

Ölkəmizin şosse velosipedi üzrə gənc oğlanlardan ibarət yığma komandası İran İslam Respublikasında keçirilən “Kerman Turu”na uğurla başlayıb.

Bakı. Ölkəmizin şosse velosipedi üzrə gənc oğlanlardan ibarət yığma komandası İran İslam Respublikasında keçirilən “Kerman Turu”na uğurla başlayıb. Heyəti Nəcəf Bağırov, Şahin Eyvazov, Əmral Əbdüləzizli, Əhməd Əhmədov və Elçin Rzazadədən ibarət millimiz 1-ci mərhələdə komanda ötüşməsində yarışıb. 44 km məsafəni 57 dəqiqə, 18 saniyəyə başa vuran velosipedçilərimiz bu göstərici ilə 2-ci olublar. Qeyd edək ki, 4 günlük yarışda İran, İraq, Oman, İordaniya, Pakistan, Azərbaycan və Əfqanıstandan olan 13 komanda çıxış edir.