Ürəyi, sümükləri qoruyan, təzyiqi salan ən ucuz


Digərləri 02 Mar 2019 23:45:00 355 0

Ürəyi, sümükləri qoruyan, təzyiqi salan ən ucuz

Ən çox sevilən tərəvəzlərdən biri də kələmdir. Kələmi yeməklərdə, salatlarda, yəni bişmiş və çiy şəkildə, eyni zamanda turşu halında istifadə edirik.

Kələm əsasən ağ, yaşıl, bənövşəyi, qırmızı rənglərdə olur. Bəs sağlamlıq üçün kələmin nə kimi faydaları var? Hansı kələm daha faydalıdır?

Mütəxəssislər hesab edir ki, kələm yüksək vitamin, mineral, antioksidant mənbəyidir. Yeməklərdə, salatlarda bol istifadə edilə bilər, kələm turşusu bağırsaqlar üçün daha faydalı sayılır.

Türkiyənin Qara dəniz bölgəsində məşhur olan "karalahana" adlandırılan kələm növünün digər kələmlərdən daha faydalı olduğu bildirilir. Bu kələm xərçəngə qarşı olan qidalar arasında öndə gəlir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, Brüssel kələmi həm xərçəngi önləmək qabiliyyətinə malikdir, həm də arıqlamaq üçün faydalıdır.

Kələmin tərkibində daha çox qan laxtalandırma qabiliyyətinə malik K vitamini var. Qanda kalsium səviyyəsini normaya salaraq sümüklərin güclənməsinə təsir edir.

Bu tərəvəzin ürək xəstəliklərinin qarşısının alınmasında da rolu var. Kələm daha çox C vitamini ilə də zəngindir. Bu isə sümük, əzələ, qan damarları üçün çox faydalıdır. Qırmızı kələmin tərkibində ağ kələmlə müqayisədə 30 faiz daha çox C vitamini var.