Xoruldamağa qarşı təbii müalicə


Digərləri 02 Mar 2019 23:22:00 471 0

Xoruldamağa qarşı təbii müalicə

Xoruldamaq bir xəstəlik olaraq qəbul edilməyə bilər, ancaq xoruldamağın tibbi və ictimai təsirləri ola bilər.

Boğazınızın toxuması, rahat halda yuxu əsnasında titrəməyə və səs çıxarmağa başladığında xoruldama müşahidə olunur. Bu hal şiddətli olanda, yuxusuzluğa yol aça bilər, yuxu nizamını poza bilər və aqressiv bir ruh halına səbəb ola bilər.

Yatarkən yön dəyişdirin

Kürək üstü deyil, yan tərəfə yatmaq, xoruldayanlar üçün təklif edilən bir üsuldur. Kürək üstü yatdığınız zaman diliniz və ya damağınızın arxasındakı yumşaq toxuma boşalır və boğazınızın arxasına doğru hərəkət edir, bu isə, yatarkən hava yollarını qismən tıxaya bilər. Sol və ya sağ yana doğru yatmaq buna mane ola bilər.

Sarıkök

Son.az deyerler.org-a istinadən bildirir ki, sarıkök iltihabı və xoruldamağı müalicə etməyə köməkçi olan antibiotik və antiseptik xüsusiyyətlər ehtiva edir. Nəfəs almağı asanlaşdırmağa və immunitetinizi yaxşılaşdırmağa köməkçi olacaq. Bir stəkan ilıq südə, iki yemək qaşığı sarıkök əlavə edin. Yatmaqdan əvvəl yaxşıca qarışdırın və için.