Mingəçevirdə müəllim yeni musiqi aləti düzəldib


Digərləri 02 Mar 2019 21:56:00 346 0

Mingəçevirdə müəllim yeni musiqi aləti düzəldib

Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzinin musiqi müəllimi Qurban Məmmədov yeni musiqi aləti düzəldib.

Onun "Qurmanayzer" adlandırdığı yeni musiqi aləti özündə 940 səsi cəmləşdirir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, alət xüsusi qulaqcığa birləşdirilmiş nəfəs qurğusu vasitəsi ilə idarə olunur.

Qurban Məmmədovun sözlərinə görə, o, qarmonun mikrosxeminə dəyişiklik edib. Hər bir alətin orijinal səsi ifa olunub və yaddaş kartına köçürülüb.